Haqqimizda


"İlin Dörd Fəsli" tikinti şirkəti – stabil və dinamik inkişaf edən təşkilatdır.Fəaliyyətlərinin əsas yönləri,binaların və müxtəlif məqsədyönlü qurğuların tikintisi ,çox mərtəbəli binaların ,şəxsi evlərin və kotteclərin tikintisi ,mənzillərin və ofislərin təmiridir.

     Bizim şirkətin əsas məqsədi sakinlərə keyfiyyətli kommunal xidmətlərin peşəkarcasına göstərilməsidir.
 "İlin Dörd Fəsli" –nin 150-dən artıq yüksəkixtisaslı mütəxəssisləri  vətəndaşların yüksək səviyyəli komfort yaşayışını təmin etmək üçün hər gün calışırlar.Əhali tərəfindən etirazların,şikayətlərin sayının az olması və göstərilən xidmətlərin səviyyəsinin yüksəlməsi məqsədiylə,xidmətlərin keyfiyyətinin yoxlanılması üzrə xüsusi xidmət yaradılmışdır.

Bizim şirkət tərəfindən həyata keçirilən əsas fəaliyyətlər bunlardır: tikinti, mühəndislik,elektromontaj,ixtisaslaşdırılmış tikinti,izolyasiya,suvaq, rəngsazlıq,santexnika işlərinin həyata keçirilməsi.

"İlin Dörd Fəsli" uzağdan məlumatların toplanılması və ölçülməsinə imkan verən, enerjiyə qənaət edən texnologiyaları fəal tətbiq edir.Evlərin yarıdan çoxu telemetriklə, avadanlıqlaşdırılmış ölçü cihazları ilə təchiz olunub.

  Bizim idarəedici şirkət geniş texniki –material bazaya sahiblik edir,şəxsi təcili-təmir xidməti ,müxtəlif qəza vəziyyətlərinin aradan qaldırılması üçün  lazımi materiallar və ehtiyyat hissələrinin mövcud anbarları var.

"İlin Dörd Fəsli"-nin siyasəti öz fəaliyyətinin aydın planlaşmasına yönəldilib. Şirkətin uğurlu fəaliyyəti xüsusi mənzil istimar dayanıqlılığını və səmərəliliyini göstərmişdir.