Sahiblər və çoxmənzilli evlərdə mənzillərin kirayəçiləri üçün yanğın təhlükəsizliyi üzrə təlimat


Çoxmənzilli evlərdə mənzillərin sahibləri və kiraçılar üçün yanğın təhlükəsizliyi barədə təlimat.

 1.Ümumi tələblər.

1.1. Çoxmənzilli yaşayış evlərindəki sahiblərin və kiraçıların (bundan sonra –sakinləri)əsas vəzifələrindən biri ,onların öz mənzillərinin ,fərdi zirzəmilərinin ,ümumi istifadə olunan sahələrin yanğın təhlükəsizliyi üçün narahatlıqları,yanğın təhlükəsizliyi qaydalarını bilmək yanğın zamanı necə hərəkət etməli və zəruri evakuasiya zamanı yanğınsöndürən vasitələrdən istifadə etmək bacarığı,bu vasitərin harada yerləşdiyini bilmək bacarığı və uşaqlara bu biliyi öyrətməkdir.

1.2.Evin sakinlərinə bu təlimatın tələblərini,həmçinin yanğın təhlükəsizliyi sahəsində digər normativ tələbləri  yerinə yetirmək zəruridir.

1.3.Yaşayış sahəsində yanğına səbəb ola bilən əsas risk faktorları bunlardır:

1.3.1.Sakinlərin yanğın təhlükəsizliyi tələblərini yerinə yetirməmələri və ya diqqətsiz davranmaları ,həmçinin uşaqların odla oynaması;

1.3.2.Yerli istilik sistemlərindən (qaz peçləri və s.)elektrik alətlərindən və qurğularından istifadə zamanı təhlükəsizliyin tələblərinin yerinə yetirilməməsi;

1.3.3.Təhlükəli material və əşyaların saxlanılmasında ,həmçinin tezalışan işlərin aparılması zamanı tələblərin yerinə yetirilməməsi;

1.3.4.Sakinlərin  yanğının baş verməsi və yayılmasına səbəb olan şəraitləri bilərəkdən yaratması hərəkətləri ;

1.4.Əhalinin vəzifəsi yanğının baş verməsinə yol verməməkdir.Sakinlər yanğının baş verməsinə gətirib çıxaran şəraitləri yaratmamalıdırlar.

1.5.Yanğın baş verən zaman əhalinin vəzifələri:

1.5.1.Yanğının baş verməsini yubanmadan şəhər telefonlarından 01 və ya mobil telefonlardan 010 yığaraq ,Dövlət yanğınsöndürmə xidmətinə ünvanı,yanğının baş verməsini,zəng vuranın soyadını ,həmçinin yanğın haqqında əlavə məlumatları xəbər vermək ;

1.5.2.İmkan daxilində mövcud olan yanğınsöndürmə avadanlıqları ilə yanğını söndürməyə başlamaq,orada şəxsi təhlükəsizliyinizi və başqalarının təhlükəsizliyini təmin etmək ,həmçinin başqalarını hadisə barədə təlimatlandırmaq.

1.5.3.Yanğınsöndürmə və xilasetmə işlərinin rəhbərinin təlimatlarını yerinə yetirmək.

1.5.4. Yanğınsöndürmə və xilasetmə işlərinin rəhbərini təhlükəlı ərazidə olan və ya ola bilən insanlar,blokların yolları və su təchizatının mənbəyi haqqında məlumatlandırmaq .

1.6.Əgər əhalinin evakuasiyasına ehtiyac varsa:

1.6.1.Evakuasiyaya ehtiyac olduğu zaman yanğınsöndürmə və xilasetmə işlərinin rəhbərinin təlimatlarını yerinə yetirmək;

1.6.2.Evakusiya zamanı sakitliyi qorumaq və vahimə yaratmamaq ;

əgər imkan varsa ,sənədləri,pulları özünüzlə götürmək,elektrik və qaz avadanlıqlarını söndürmək,mənzildə qapı və pəncərələrı bağlamaq;

1.6.3.Çölə çıxışa tərəf hərəkət edərək evakuasiya yolları ilə (dəhliz,pilləkənlər)evakuasiya zəruridir.Əgər bu hərəkətlər mümkün deyilsə-mənzildə qalın .Çalışın hər hansı bir vasitə ilə xilasediciləri və başqa insanları öz mövqeyiniz barədə məlumatlandırın.Mənzildə daha çox qalmaq və yaşamaq üçün təhlükəsizlik tədbirləri görün.

1.6.4.Yanğın zamanı heç bir halda liftlərdən istifadə etməyin.

2.Yaşayış binalarının ,evlərin və ərazilərin  məzmun sahələri.

2.1.Binalara.tikililərə və su təchizatı mənbələrinə yolları və keçid yollarını elə saxlamaq lazımdır ki,yanğınsöndürmə texnikalarının keçməsi mümkün olsun;

2.2.Şəxsi avtonəqliyyatlarınızın park olunması qadağandır,belə ki,yanğınsöndürmə texnikalarının binalara,tikililərə və su təchizatı mənbələrinə daxil olmasına mane olmaqla yaşayış evinin ərazisini tutur;

2.3.Mənzillərdə və ümumi istifadə olunan yerlərdə tikinti işlərinin aparılması, sahənin planının dəyişdirilməsi,yanğıntəhlükəli işlər və başqa fəaliyyətlərdə İdarəedici şirkətlə mütləq razılaşmaq və tikinti qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə riayət etmək;

2.4.Yaşayış binasında qadağandır:

2.4.1.Partlayıcı,alışqan və yanan mayeləri istifadə edən istehsal müəssisələrini təchiz etmək;

2.4.2.Zirzəmiləri,mansardları və texniki sahələri tikinti layihəsi tərəfindən nəzərdə tutulmuş məqsədlərlə istifadə etmək;

2.4.3.Yanğın əleyhinə arakəsmələrlə digər sahələrdən ,evakuasiya yollarından və pilləkənlərdən ayrılmamış emalatxanaları və yanacaq materialları anbarlarını təchiz etmək ;

2.4.4.Eyvanlarda ,lociyalarda.mansardlarda,kürsülərdə və zirzəmilərdə qaz balonları ,həmçinin tezalışan və yanan mayelərin saxlanması;

2.4.5.Sahələrin təmizlik işlərində ,bunun üçün nəzərdə tutulmayan tezalışan mayelərdən istifadə etmək;

2.4.6.Tezalovlanan və yanan mayeləri kanalizasiyaya axıtmaq;

2.4.7.Təmizlik üçün istifadə olunan parçaları,tezalışan materiallar və yanacaq tullantılarını nəzarətsiz qoymamaq;

2.4.8.Partlayıcı və alışqan xassələri məlum olmayan kimyəvi maddələrin,materialların və kimyəvi tərkibli ərzaqların saxlanması və istifadəsi;

2.4.9.İstehsalı və saxlama texniki şərtləri nəzərdə tutulmamış bağlamalarda və yeşiklərdə partlayıcı və alışqan maddələrin saxlanması;

2.4.10.Sobaları,kaminləri və avadanlıqları nəzarətsiz qoymaq,əgər bu texniki şərtlərlə icazə verilməyibsə ,eləcə də şəbəkəyə daxil olmuş elektrik avadanlıqlarını, istismar təlimatı bunu icazə vermirsə ;

2.4.11.Zədələnmiş istilik cihazlarını və bacalardan  istifadə etmək ,sobanı həddindən artıq qızdırılması;

2.4.12.Alışqan materialları istilik sistemləri və avadanlıqlarında ,eləcə də işıqlandırma qurğularından 0,5 metrdən yaxın yerləşdirmək;

2.4.13.Açıq alov ilə donmuş boru xəttlərini isitmək;

2.4.14.İstismar qaydalarına riayət etmədən açıq alov ilə olan avadanlıqlardan

istifadə etmək;

2.4.15.Yaşayış evlərində və sahələrində istifadəsi nəzərdə tutulmayan qaz,elektriki istilik və ya digər avadanlıqlardan istifadə etmək və ya özbaşına təchiz etmək;

2.4.16.Sıradan çıxmış elektrik cihazları və müstəqil hazırlanmış qızdırıcı avadanlıqlardan istifadə etmək ;

2.4.17.Müstəqil hazırlanmış və ya dərəcələri tənzimlənməmiş elektriki qoruyucuları tətbiq etmək ;

2.4.18.Bərbad izolyasiyalı elektrik məftillərindən istifadə etmək,eləcə də keçid müqavimətinə səbəb ola bilən birləşmələr etmək.

2.5.Evakuasiya yollarında qadağan olunur:

2.5.1.Tüstü dolmayan pilləkənlərin açıq ərazilərini camla örtmək və ya digər tikinti materialları ilə doldurmaq,dəhlizdəki qapıları çıxarmaq;

2.5.2.Mebel,əşyalar və avadanlıqlar yerləşdirmək,əgər bu evakuasiya yolunun enini azaldırsa;

2.5.3.Anbarları və saxlama otaqlarını avadanlıqla təchiz etmək,eləcə də pilləkənlərdə müxtəlif materiallar saxlamaq;

2.5.4.Eyvanlardakı və lociyalardakı lyuklarda ,qəza və ya evakuasiya qapılarında yad əşyalarla qarmaqarışıqlıq  yaratmaq;

2.5.5.Evakuasiya pilləkənlərini ,lyuklarını ,eyvanlardakı və lociyalardakı keçidləri sökmək və ya bütünlüklə bağlamaq(belə ki,onlardan evakuasiya zamanı istifadə etmək bir daha mümkün olmasın )icazə verilmir;

3.Mühəndis texniki sistemi və avadanlıqları .

3.1.   9 mərtəbədən hündür coxmərtəbəli yaşayış evləri avtomatik yanğın aşkarlanması və siqnalizasiya ilə,yanğınəleyhinə su təchizatı və evin stasionar sistemlə nəzarət ilə (tüstünün aradan qaldırılması)təchiz olunur;

3.2.İdarəedici şirkət mühəndis-texniki sistemlərinin və avadanlıqların işlək vəziyyətdə saxlanmasını təmin edir;

3.3.Mühəndis-texniki sistem istehsalçının texniki sənədlərinə (qaydalara )uyğun olaraq idarə olunur;

3.4.Sakinlərin texniki sistemlərin işlək vəziyyətdə olmasına qayğısı,avadanlıqların və sistemin nasazlığı barədə evin nəzarətçisini məlumatlandırması zəruridir;

4.Tövsiyyələr.

4.1.Mənzillərdə avtomatik yanğın aşkarlanması və siqnalizasiya (tüstü detektorları )və ilkin yanğınsöndürmə avadanlıqlarının (yanğınsöndürənlər)

quraşdırılması  tövsiyyə olunur;

4.2.Mənzildə daimi yaşayan şəxslərə özünü yanğın zamanı və evakuasiyaya ehtiyac olarsa tənəffüs yollarının qorunması üçün xüsusi vasitələrlə təmin etmək tövsiyyə olunur.